Azərbaycanda vaksin olunanların sayı açıqlandı

17:28 15.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada 15794 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 3897 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 11897 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 1777426 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1026376 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 751050 nəfərdir.